Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştiano Ronaldo növbəti dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Az.shafaqna.com xəbər verir ki, Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə oyun öncəsi 40 yaşlı futbolçuya beynəlxalq arenada qazandığı 132 qələbəyə görə xüsusi mükafat təqdim edilib.
Bu göstərici ilə Ronaldo beynəlxalq səviyyədə ən çox qələbə qazanan futbolçu statusunu əldə edib.
Əvvəlki rekord ispan futbolçu Serxio Ramosa məxsus idi.
Qarşılaşmanın özü də Ronaldonun karyerası üçün əlamətdar olub – 5:2 hesabı ilə yekunlaşan oyunda ulduz futbolçu ümumilikdə 929-cu, Portuqaliya millisi ilə isə 136-cı qolunu vurub.
Bununla yanaşı, Ronaldo ardıcıl 22 il milli komandanın heyətində qol vuran ilk futbolçu kimi də tarixə düşüb.
Bu məqaləni paylaş
