
Az.shafaqna.com xəbər verir ki, bu barədə böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.
Bu sual və cavabı təqdim edirik:
Sual: Xəstəliyə görə qulaq, göz və ya buruna damcı tökmək orucu batil edərmi?
Cavab: Gözə və qulağa damcı tökmək – dadı boğaza çatsa belə – orucu pozmaz.
Əgər dərmanı buruna damcılatsa və boğaza çatıb-çatmadığını bilməzsə, onu boğaza çatdırmaq niyyətində olmazsa, orucu batil etməz.






























