Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürstanın işğal altındakı Qal rayonunda meşə yanğını səbəbi ilə fövqəladə vəziyyət elan edilib.
Bildirilir ki, Qal rayonundakı yanğınlar bir neçə kənd və Qali şəhərinin ətrafında baş verir.
Küləyin yanğının lokallaşdırılmasına mane olduğu qeyd edilir. Yanğın bir neçə evə də keçib. Yerli sakinlərin təxliyyəsi elan edilib.
Yanğının söndürülməsinə 3 yanğınsöndürən komandası və 7 yanğınsöndürən maşın cəlb edilib.
Bu məqaləni paylaş