Azərbaycanda üç və daha artıq uşağı olan ailələrin sayı getdikcə azalır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsindən bildirilib.

Qeyd edilib ki, çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericiliyə yenidən baxılmalıdır.

Əlavə edilib ki, həmçinin doğulan uşaqların cins nisbətində ciddi problem var və bu səbəbdən reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu vacibdir.