Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Çində 22 saat kompüter oyunu oynayan yeniyetmə işemik insult keçirib.

Onun sol əli iflic olub.

Məktəblər koronavirusa görə bağlandığı üçün, dərslər online rejimə keçirilib. Vaxtını evdə keçirən 15 yaşlı Syaobin də otaqdan çıxmayıb: qapını bağlayaraq pəncərələri pərdə ilə örtüb. Valideynləri onun dərs oxuduğunu düşünürdülər.

Həqiqətdə isə o, dayandamada kompüter oyunları oynayırdı. Sonradan məlum olub ki, o, bir ay ərzində hər gün cəmi təxminən 2 saat yatıb.

Biz onun orada nə etdiyini təsəvvür etmirdik”, – deyə valideynləri bildirir.

İnsult az qidalanma və istirahətin nəticəsi olub.