Az.shafaqna.com xəbər verir ki, bu gün Gürcüstanda iki zəlzələ qeydə alınıb.

Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Birinci zəlzələ bu gün səhər saatlarında, Tbilisi vaxtı ilə 09:26-da, Ermənistan ərazisində, Gürcüstan dövlət sərhədindən 30 kilometr aralıda qeydə alınıb. Zəlzələnin gücü 5,1 bal təşkil edib və Gürcüstan ərazisində də hiss olunub.

İkinci zəlzələ günorta saatlarında, 15:28-də baş verib. 4 bal gücündə olan yeraltı təkanların episentri Tbilisidən 63 kilometr aralıda, Tianeti şəhərinin şimal-şərqində, Axad kəndi yaxınlığında yerləşib.

Dağıntılar və ya tələfat barədə rəsmi məlumat yoxdur.