Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, 2021-ci ildə Ukrayna Türkiyədən “Bayrakta” PUA-larını almağa hazırlaşır.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neijpapa məlumat verib.

Onun sözlərinə görə, zərbə PUA-ları Qara və Azov dənizlərindəki əməliyyat zonalarına nəzarət edəcək.

Bundan başqa, Ukrayna HDQ donanması üçün Türkiyə istehsalı korvetlərin alışı da planlaşdırılır.