
Az.shafaqna.com “Middle East Monitor”-a istinadən xəbər verir ki, Tunis məhkəməsi müsəlmanların dini hisslərini təhqir edən bloqerə hökm oxuyub.
Bloqer Emna Şarqui COVID-19 ilə bağlı Qurani-Kərim ayələrinə bənzədilmiş şəkil paylaşımı edib.
Onun bu istehzası tunislilərin qəzəbinə səbəb olub.
Məhkəmə onun barəsində 6 ay həbs və 700 məbləğində cərimə qərarı çıxarıb.






























