Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Tbilisidə kibercinayətdə – kompüter sisteminə müdaxilə edərək böyük məbləğəd pul oğurlamaqda ittiham edilən 5 nəfər həbs edilib.

Onlardan 3-ü daha öncə həbs həyatı yaşamış şəxslərdir.

Bundan başqa bir Rusiya vətəndaşı da qiyabi şəkildə məsuliyyətə cəlb edilib.

İstintaq müəyyən edib ki, müttəhimlərdən ikisi onlayn qumarxana saytlarını qıraraq 23 vətəndaşa məxsus bank kartındakı pulları mənimsəyiblər.

Bu pulların nağdlaşdırmasında isə 3 nəfər onlara kömək edib.

Ümumilikdə 72 min lari (24 min dollar) oğurlanıb.

Cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən, onları 6-10 il müddətinə həbs gözləyir.