Xəbər verdiyimiz kimi iki gün əvvəl İslam Dünyasının böyük alimlərindən olan, filosof Ayətullah Misbah Yəzdi uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada 86 yaşında vəfat edib.

Bu xəbər fərqli ölkələrdə yaşayan din xadimləri, alimlər və dindarları dərin üzüntüyə qərq etmişdir.

Az.shafaqna.com-a mövzu ilə bağlı danışan Gürcüstanın tanınmış din alimi, Marneuli İmam Hüseyn (ə) məscidinin axundu, İlahiyyatçı Hacı Əziz Nəbiyev deyib: “Həqiqətən, Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq. İslam Peyğəmbəri Muhəmməd (s) buyurub ki,  “Alimin ölümü əvəzsiz müsibət və yeri doldurulmayacaq bir boşluqdur. O, qürub edən bir ulduzdur.
Bir qəbilənin ölümü (ölümünə dözmək) bir alimin ölümündən daha asandır.”

Ayətullah Misbah Yəzdinin böyük bir alim, fəqih, mücahid filosof olduğunu qeyd edən Hacı Əziz Nəbiyev “Onun 117 müxtəlif mövzularda yazdığı kitabları bir əsər kimi, hövzə və dini təhsil ocaqlarında yüzlərlə tələbə yetişdirəcək.
İslam aləmi böyük bir itki verdi.”, -deyə bildirib.

Gürcüstanlı alim daha sonra deyib: “Təəssüf və kədər hissi ilə Ayətullah Şeyx Məhəmməd Təqi Misbah Yəzdinin fani dünyadan əbədiyyata qovuşmasını İslam dünyasına başsağliği veririk, Allah rəhmət etsin. Onun məqamını öz dərgahında uca etsin, Allah digər alim və müctəhidlərimizə bərəkətli ömür nəsib etsin.

Qeyd edək ki, Gürcüstan Ruhanilər Heyəti dəyərli İslam alimi Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verib.

Əvvəlki məqaləİdman İctimaiyyəti və gənclər təşkilatları General Polad Həşimovun məzarını ziyarət ediblər
Növbəti məqalədəGürcüstanda koronavirus: 417 yoluxma, 2469 sağalma