Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda Azərbaycan dilində bəzi sosial media hesablarında Bakı-Tbilisi qatar reyslərinin açılması ilə bağlı Azərbaycan tərəfilə bu barədə heç bir danışığın olmaması haqda məlumat yayılıb.

Onlar bu iddialarına Azərbaycan rəsmilərinin açıqlamalarını mənbə göstərirlər.

Nazirlərin görüşündə Bakı-Tbilisi qatar reysinin açılması müzakirə olunubmu?

Araşdırmamız zamanı məlum oldu ki, Gürcüstan hökümətini hədəfə alan və istər Azərbaycanda, istər Gürcüstanda yaşayan və bu xəbərə sevinən insanları təşvişə salan bu səhifələr əslində dezinformasiya yayır, bizləri isə məlumatları təhrif ediblər.

Misal üçün Azərbaycanın əlaqədar nazirliyinin rəsmi saytında bu barədə deyilir: “Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.Səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirilib.Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub.”

Həmçinin nazir Rəşad Nəbiyev də özünün facebook səhifəsində bu məsələyə toxunub: “Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük.

İki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmiryolu ilə sərnişin daşımalarını müzakirə etdik.
Yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi apardıq.”

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində bu ölkənin naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri arasında görüşlə bağlı Gürcüstan tərəfi məlumat yaymışdı. Bu məlumatda Bakı-Tbilisi qatar reyslərinin açılması ilə bağlı məlumat da verilmişdi. Reyslərin 1 may 20025-də baş tutacağı da vurğulanırdı.

Onu da xatırladaq ki, Azərbaycan mənbələrində 1 may tarixinin verilməməsi böyük ehtimalla Azərbaycanda 1 aprel tarixinədək tədbiq olunan karantin rejimilə əlaqəlidir. Həmçinin bu cür məsələlər Nazirlər Kabinetinin qərarı ilə olduğuna görə, quru yolların açılması və qismən açılmasından sonra Bakı-Tbilisi qatar reysi reallaşacaq. Bir sözlə Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi və rəhbərliyi etik olaraq Nazirlər Kabinetindən irəli keçmək istəməyib və bu tarix haqqında əvvəlcədən məlumat verməyib.

Bu xəbəri yayımlamışdıq:

Bakı-Tbilisi qatar reysləri 1 may tarixindən fəaliyyətə başlayacaq? – RƏSMİ