
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev bu gün BMT-in edamın ləğvinə dair protokolunu qəbul edib.
Bu barədə Tokayevin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan protokolu hələ 2020-ci ilin sentyabr ayında imzalamışdı. Sənədə əsasən, imza atan ölkələr bu öhdəlikləri qəbul edir: edam cəzasını tətbiq etməmək və öz qanunvericiliyi çərçivəsində onun ləğvi üçün bütün lazımi tədbirləri görmək.
Qazaxıstan XİN başçısı Muxtar Tleuberdi protokolu deputatlara təqdim edərkən bildirmişdi ki, edam cəzasının tətbiqinə yalnız hərbi dövrdə icazə verilir və Qazaxıstan bu qeyddən istifadə etmək niyyətindədir.
Xatırladaq ki, hazırda ölkədə ölüm hökmünə moratorium tətbiq edilib. O zamankı prezident Nursultan Nazarbayevin qərarı 2004-cü il 1 sentyabrdan qüvvədədir.






























