Gürcüstanda müəllimlərin maaşları artdı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda 1 yanvardan bütün dövlət məktəblərinin tam iş vaxtı ilə işləyən bütün müəllimləri artırılmış əməkhaqqı alacaqlar.

Pedaqoqların maaşları 100 lari artacaq. Qeyd edilir ki, məktəblərin maliyyələşdirilməsinin artırılması çərçivəsidə 106 milyon lari nəzərdə tutulub.

2020/2021-ci təhsil ilinin əvvəli üçün ölkədə 2 309 məktəb qeydə alınıb: 2 086 dövlət və 223 özəl məktəb. Onlarda 62 699 müəllim əmək fəaliyyəti ilə məşğuldur.

Gürcüstanda məktəb müəllimləri 4 kateqoriyaya bölünürlər: təcrübəçi-pedaqoqlar, baş pedaqoqlar, aparıcı müəllimlər, mentor müəllimlər. 2019-cu ilin sentyabrından baş, aparıcı və mentor statuslu bütün müəllimlərin maaşları 150 və daha çox lari məbləğində artırılıb.

Bu məqaləni paylaş