
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Polşa parlamentinin “Konfederasiya” millətçi və avroskeptik ittifaqı deputatları ABŞ-ın Varşavadakı səfiri Corcett Mosbaherin “arzuolunmaz şəxs” elan edilməsini tələb edir.
“Missis Mosbaherin Polşada “persona non qrata” olduğunu deməyin vaxtı gəlib çatıb. Biz hökuməti bu məsələdə qəti reaksiyaya səsləyirik. Qoy hökumət səfirin özünü Polşada qubernatoru kimi apardığını görməməzlikdən gəlməsin”, – deyə Parlamentin aşağı palatasının deputatı Robert Vinnitski bildirib.
O qeyd edib ki, “Konfederasiya”-nın fikrincə, ABŞ səfiri Polşanın daxili işlərinə müdaxilə edir, hökumətin addımlarını tənqid edir.
O deyib ki, Polşa hökuməti “səfirin fikirlərinə reaksiya vermir”.
“O, “Uber”-i İnfrastruktur Nazirliyinin hazırladığı dəyişikliklərdən qoruyub, ABŞ korporasiyalarına aid edilməli olan rəqəmsal xidmətlərə verginin tətbiq edilməsi fikrini tənqid edib, ABŞ maraqlarına uyğun şəkilddə 5G texnologiyalarının tətbiqi mövzusunda fikir bildirib”, – deyə polşalı deputat bildirib.
“Konfederasiya” Cenevrə konvensiyasına istinad edərək bəyan edir ki, ABŞ səfirinin hərəkətləri onun normaları ilə ziddiyət təşkil edir.
“Biz hökuməti qəti reaksiyaya səsləyirik”, – deyə o sonda qeyd edib.
Adıçəkilən ittifaqın digər bir deputatı Qjeqoj Braun səfirin “arzuolunmaz şəxs” elan edilməsinə səsləyən “Konfederasiya”-nın postulatını elan edib.






























