
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, BMT-in Uşaq Fondu 2021-ci il üçün bütün dünyadakı uşaq doğumu ilə bağlı proqnozunu dərc edib.
Onların statistikasına əsasən, 2021-ci ilin 1 yanvarında anadan olmuş körpələrin ömürlərinin orta davamiyyəti 84 il olacaq.
İlin ilk uşağı Sakit okeanda yerləşən Fici arxipelaqında doğulub.
Gözlənilir ki, ilin ilk günündə 371 min uşaq dünyaya göz açacaq. Onların yarısından çoxu isə Hindistan, Çin, Nigeriya, Pakistan, İndoneziya, Efiopiya, ABŞ, Misir, Banqladeş və Konqo Demokratik Respublikasında doğulacaq.
Analitiklərin ehtimallarına görə, 2021-ci ildə ümumilikdə 140 milyon uşaq anadan olacaq.






























