Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Norveçin Sapsborq şəhərində 3 qadına bıçaqla hücum edən 31 yaşlı kişi tutulub.

Hücuma məruz qalan qadınlardan biri həyatını itir, biri isə ağır vəziyyətdədir.

Hadisə bu gün gecə saatlarında şəhərin müxtəlif hissələrində təxminən 10 dəqiqəlik fərqlərlə baş verib.

Polis hələ hücumun motivlərini müəyyən edə bilməyib.