
Ötən gün cəmi bir meymun bütöv bir ölkəni elektrik enerjisiz buraxıb.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Şri-Lankanın energetika naziri Kumar Cayyakodi məlumat verib.
Belə ki, meymunun ada dövlətin elektrik şəbəkəsinin transformatoruna toxunması nəticəsində sistemdə disbalans baş verib – ölkədə bütün işıqlar sönüb.
İnsident paytaxt Kolombodan cənubda yerləşən yarımstansiyada qeydə alınıb.
Bundan sonra isə saatlarla davam edən proses nəticəsində Şri-Lankanın elektrik təchizatı mərhələli şəkildə – xəstəxanalar və sutəmizləyici stansiyalardan başlamaqla bərpa edilib.






























