
Dubayda 2 milyard dirhəmə (təxminən 545 milyon dollar) yeni iri bina inşa ediləcək.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Dubay hökumətinin mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, “Therme Dubai” layihəsi regionda ilk sağlamlıq kurortu və interaktiv bağ olacaq. Bura hər il 1,7 milyon ziyarətçi qəbul edə biləcək.
“Therme Dubay” (“Dubay çeşmələri”) 100-metrlik bir tikili olacaq. Orada su-sağlamlıq kompleksi, akvapark və dünyanın ən böyük qapalı botanika bağı olacaq.
Obyekt Dubayın mərkəzindəki “Zaabel” parkında yerləşəcək. Tiktinin 2028-ci ildə tamamlanması planlaşdırılır.
Xatırladaq ki, hazırda Dubatın əsas simvolu dünyanın ən hündür göydələni olan “Bürc Xəlifə”dir. O, 2010-cu ildə istifadəyə verilib. 163 mərtəbəli binanın hündürlüyü 828 metrdir.