Suriyanın keçid dövrü hökumətinin başçısı Əbu Məhəmməd Əl-Colani (Əhməd əl-Şəraa) Türkiyədə səfərdədir.

Az.shafaqna.com “Anadolu”ya istinadən xəbər verir ki, əş-Şəraa Ankara rəsmi mərasimlə qarşılanıb.

Rəsmi tədbir zamanı onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Bunun ardınca isə onlar arasında görüş başlayıb və qapalı qapılar arxasında davam edib.

Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan isə əş-Şəraanın arvadı Lətifə əl-Durubi ilə görüşüb.

Əvvəlki məqaləAzərbaycan millisi Belarusda yoxlama oyunu keçirib
Növbəti məqalədəQazaxıstan AZAL-ın təyyarəsinin qəzasının istintaqı ilə bağlı ilkin hesabatı yayımlayıb