
Az.shafaqna.com “Sputnik”ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Valday Diskussiya Klubunun XIV Yaxın Şərq Konfransında çıxış edib.
Lavrov Qəzzadakı atəşkəsə toxunub. Rusiyalı nazir qeyd edib ki, Moskva Qəzza zolağında Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəsin həyata keçirilməsində problemlərin yarandığına dair siqnallar alır:
“Biz artıq atəşkəslə bağlı problemlərin olacağına dair siqnallar alırıq. Çünki İsrailin hakim dairələrindən belə mesajlar eşidilir ki, onlar deyir ki, hər şey bizə uyğun deyil. HƏMAS birinci mərhələdə üzərinə düşən öhdəlikləri yerinə yetirib, ona görə də biz heç nəyi istisna etmirik”.
Nazirin qeyd edib ki, İsrail heç nədən çəkinmədən İordan çayının qərb sahilində hərbi əməliyyatları davam etdirir.
“Moskva Qəzza zolağında əldə olunmuş atəşkəs rejimini müsbət qiymətləndirir, lakin Fələstin-İsrail münaqişəsinin qurbanlarının sayı artmaqda davam edir. Ukrayna ətrafında on il ərzində davam edən münaqişə nəticəsində hər iki tərəfdən mülki əhali arasında qurbanların sayı bir il ərzində fələstinlilərin itkilərinin təxminən yarısı qədərdir”, – deyə o əlavə edib.