
“İnanıram ki, biz tezliklə abxaz və osetin qardaş-bacılarımızla birlikdə müharibənin yaralarını sağalda biləcəyik və vahid, güclü və çiçəklənən Gürcüstanda xoşbəxt birgə yaşayışımızı davam etdirəcəyik”.
Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili parlamentdə illik məruzə ilə çıxışı zamanı deyib.
O bildirib ki, sülh siyasəti, iqtisadi uğurlar və rifahın alternativi yoxdur.
“Hər birimiz yaxşı dərk etməliyik ki, sülh siyasəti, iqtisadi uğurlar və rifahın yüksək səviyyəsi bizi abxaz və osetin qardaş-bacılarımızla xüsusilə yaxınlaşdıran mühüm amillərdir. Bu, alternativi olmayan bir yoldur. İnanıram ki, biz tezliklə abxaz və osetin qardaş-bacılarımızla birlikdə müharibənin yaralarını sağalda biləcəyik və vahid, güclü və çiçəklənən Gürcüstanda xoşbəxt birgə yaşayışımızı davam etdirəcəyik”, – deyə o əlavə edib.