Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Yəmənin Ədən şəhərindəki hava limanında təyyarə gəlişi zamanı bir neçə partlayış baş verib, bundan sonra silahlı hücum həyata keçirilib.
Hücum zamanı 22 nəfər ölüb, 50 nəfər yaralanıb.
Təyyarə ilə gələnlər Səudiyyə Ərəbistanı dəstəkli “hökumətin” nazirləri olub.
Həmin “nazirlərin” xəsarət almadığı qeyd edilir.
Bu məqaləni paylaş