
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın Xarici işlər naziri Maka Bocorişvili Səudiyyə Ərəbistanının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Salman Abdulrahman Əl Şeyx ilə görüşüb. Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.
Nazirlikdən verilən məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud dostluq münasibətlərinə və sıx əməkdaşlığa toxunulub.
“Yüksək səviyyəli səfərlərin müsbət dinamikası vurğulanıb.
Tərəflər Gürcüstan-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının tezliklə öz işinə başlayacağına ümidvar olduqlarını bildiriblər, bu da iki ölkə arasında tərəfdaşlığı gücləndirəcək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Gürcüstan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin, iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsi imkanlarına toxunulub.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə fəal işi davam etdirmək barədə razılığa gəliblər” – nazirliyin məlumatında qeyd olunub.