
Rəsmi Tbilisi Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərini geri çağırmaq qərarı qəbul edib.
Az.shafaqna.com RT-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikolo Samxaradze bəyan edib.
“Onların hamısı (nümayəndə heyətinin üzvləri) “Gürcü Arzusu” fraksiyasının üzvləridirlər və onlar nümayəndə heyətindən geri çağırılıblar”, – deyə o qeyd edib
Samxaradze bildirib ki, nümayəndə heyətinin özü isə buraxılmır; nümayəndə heyəti qalır, müzakirə predmeti isə onun üzvləridir.
Xatırladaq ki, Gürcüstanın parlament nümayəndə heyəti AŞPA-dakı işin dayandırmaq qərarı qəbul edib. Bu addım AŞPA-nın Gürcüstanda yeni parlament seçkiləri keçirmək çağırışının fonunda atılıb.