Hakan Fidan Qətərin paytaxtı Dohada diplomatik görüşlər keçirib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və Siyasi Büronun üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin “X” hesabında edilən paylaşımda görüşdə Qəzzadakı humanitar vəziyyət və atəşkəslə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.

Hakan Fidan Dohada Yunanıstanın Xarici işlər naziri Yorqos Yerapetritis ilə də görüş keçirib. Fidanın Yerapetritis ilə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq proseslər də müzakirə olunub.

Fidan İordaniya Xarici işlər naziri Eymən Səfadi ilə isə telefon danışığı keçirib. Xarici İşlər Nazirliyindən verilən məlumatlara görə, Səfadi ilə aparılan telefon danışığında qarşılıqlı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət və Fələstindəki hadisələr danışılıb.

Bu məqaləni paylaş