Türkiyənin ən uzun mənzilli raketinin növbəti sınaq atışı həyata keçirilib.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, söhbət “Tayfun” raketindən gedir.

Sınaq Rize əyalətin də olub. Sınağın keçirildiyi Rize-Artvin hava limanı və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Testin problemsiz tamamlandığı qeyd edilib.

Xatırladaq ki, daha öncəki sınaqlar 2022-ci il 18 oktyabrda və 2023-cü il 23 mayda olmuşdu.

Qeyd edək ki, sözügedən raketin mənzili 500 km-dir.

Əvvəlki məqaləAzərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Növbəti məqalədəAzərbaycanla Tatarıstan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib