İsrail ordusu 471 gün ərzində Qəzza sektorunda 61 709 günahsız fələstinlini qətlə yetirib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Qəzza sektoru hökumətinin mətbuat katibi Səlamə Məruf Qəzza soyqırımının təfərrüatları barədə danışarkən məlumat verib.

Qeyd edilib ki, bu rəqəmə öldürülmüş 17 881 qəzzalı uşaq və dağıntılar altında qalaraq itkin düşnüş 14 mindən çox şəxs də daxildir.

İsrailin törətdiyi soyqırım nəticəsində həyatını itirmiş 47 487 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 14 222 nəfərin cəsədi isə dağıntılar altında qalmaqdadır. 111 588 dinc fələstinli isə yaralanıb.

“İsrail ordusu Qəzzada 17 881 uşağı qətlə yetirib ki, onların da 214-ü müharibə zamanı dünyaya gözaçmış körpələrdir”, – deyə bildirilib.

Həmçinin İsrail ordusu 38 min uşağın da valideynlərini qətlə yetirərək onları yetim qoyub.

Əlavə edilib ki, 1 155 tibb işçisi, 205 jurnalist və mülki müdafiənin 194 əməkdaşı da müharibə zamanı İsrail tərəfindən öldürülüb.

Bundan başqa, İsrail ordusu həmin dövrdə Qəzza sektorunda 6 mindən çox fələstinlini tutub, onlarla fələstinli saxlanıldıqları həbsxanalarda ağır işgəncələr səbəbi ilə dünyasını dəyişib.

2,3 milyon nəfərin yaşadığı Qəzzada 2 milyon insan evlərindən didərgdin düşüb. Bəzi insanlar ən ağır şəraitdə – İsrailin hücumları və bombarmanlarının fonunda öz həyatlarını xilas etmək üçün ən azı 25 dəfə yer dəyişməli olub.

“İşğalçı İsrail fələstinli ailələrə qarşı 9 268 kütləvi qırğın törədib, 292 ailə isə bütün üzvləri ilə birgə qətlə yetirilib”, – deyə Məruf vurğulayıb.

Qəzzada qətlə yetirilən qadınların sayı isə 12 316 nəfərdir.

İsrail hücumları nəticəsində humanitar yardım paylayan 736 nəfər və 3 500 mülki xidmətçi də həyatını itirib.

O deyib ki, bütün bu cinayətlərdə ABŞ İsrailə dəstək verib.

İlkin dəyərləndirməyə görə isə, Qəzzaya dəyən ziyanın həcmi 50 milyard dollardır.

450 min ev zədələnib, 170 min ev tam şəkildə dağıdılıb, 80 min ev ciddi şəkildə dağılıb və 200 min ev isə qismən dağılıb.

Qəzzanın yaşayış sektoruna dəyən zərər 25 milyard dollardan çoxdur.

 

İsrail Qəzza sektorunda 34 xəstəxananı, 80 tibb mərkəzini və 212 tibbi müəssisəni sıradan çıxarıb,

191 təcili tibbi yardım maşını yararsız hala düşüb.

 

İsrail hücumları nəticəsində 12 800 tələbə və 800 təhsil sektoru əməkdaşı həyatını itirib, 1 661 universitet, məktəb və təhsil mərkəzi zərər görüb ki, onların 927 tam şəkildə dağılıb.

Müharibə səbəbilə təxminən 785 min fələstinlu tələbə təhsil almaq imkanından məhrum olub.

 

Həmçinin 216 hökumət binası tam dağılıb.

 

İsrail Qəzzada 1 129 məscidə və 3 kilsəyə zərbələr endirib, 983 məscidi və 1 kilsəni tam şəkildə dağıdıb.

İsrail ordusu Qəzza sektorunda 19 məzarlığı dağıdıb, yüzlərlə insanın cəsədini oğurlayıb.

İsrail hücumları nəticəsində 1 062 mədəniyyət və idman mərkəzi zərər görüb ki, onların da 488-i tam dağıdılıb.

Qəzzada kütləvi informasiya vasitələri (KİV) sahəsi də İsrail hücumlarından amanda qalmayıb – 262 təşkilat, o cümlədən də bütün kanallar, radiostansiyalar və istehsalat kampaniyaları hücumlara məruz qalıb ki, onların da 182-si tam dağıdılıb.

 

Məruf bəyan edib ki, “biz Qəzza sektorunu humanitar fəlakət zonası elan edirik, burada həyat üçün lazım olan heç nə qalmayıb”.

O, beynəlxalq institutlar və təşkilatları təcili və təxirəsalınmaz addımlar atmağa çağırıb və bildirib ki, Qəzza sakinləri soyuq, susuzluq, aclıq ölümü təhlükəsi ilə üzləşib.

Qəzzada təcili şəkildə 200 min çadıra və 60 min daşınan evlərə ehtiyac var. İnsanların təcili şəkildə yaşayış yeri təmin olunması zərurəti var.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan 2025-ci il 19 yanvaradək Qəzza sektorunu şiddətli və amansız şəkildə hər yerdən bombardman edib və bölgəni hərtərəfli – havadan, sudan və qurudan mühasirədə saxlayıb.

Əvvəlki məqaləBu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Növbəti məqalədəBu məntəqələrdə seçkilərin nəticələri ləğv edilib