Bu gün – fevral ayının 1-i Ümumdünya Hicab Günüdür.

Az.shafaqna.com xəbər verir ki, bu gün dünya ictimaiyyətinin diqqətini İslam dini və onun mədəniyyət və ənənələrinə çəkmək üçün qeyd olunur.

Heç bir şübhə yoxdur ki, əgər qadınların siyasi, iqtisadi, şəxsi və sosial hüquqlarının müdafiəçiləri hicabın əsl məna və ləyaqətini bilsə idilər, sözsüz ki, onlar müsəlman xanımların hicab və qapalı geyinmək hüququ uğrunda mübarizə aparardılar.

Mütəal-Allah Qurani-Kərimdə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)

Hicab xanımın şərəf və ləyaqətin, gözəllik və paklığın müdafiəsidir, xanımın yüksək mövqeyinin və müsəlman cəmiyyətindəki mühüm rolunun göstəricisidir. Eyni zamanda da hicab müsəlman xanımın atasının və onun həyat yoldaşının hər bir məkan və zamanda öz xəzinəsini qorumaq məramının göstəricisidir. Şübhəsiz ki, hicab bir kişini qadına qarşı ciddi münasibət sərgiləməyə sövq edir və onun xanımların yanında öz hərəkətlərinə diqqət etməsinə səbəb olur.

Əvvəlki məqaləAzərbaycan manatının dövretmə sürəti cüzi azalıb
Növbəti məqalədəNazir müavini: 5 fevraldan HAVA şəraitinin…