
Az.shafaqna.com “El Nacional”-a istinadən xəbər verir ki, Kolumbiyada xəstəxana pasiyentini ölü hesab edərək morqa yerləşdiriblər, lakin qohumları onun sağ olduğunu müəyyən ediblər.
Qeyd edilir ki, 67 yaşlı Xuan Xose Munos Romero yüksək arterial təzyiqlə xəstəxanaya yerləşdirilib. 6 iyulda həkimlər onun öldüyünü bildiriblər.
Xəstənin qohumları həkimlərə inanmaqdan imtina ediblər və onlara koronavirusa görə Romeronu görməyə icazə verilməyib.
Sonradan onun qızı morqa gedərək atasının nəfəs aldığını və gözlərinin açıq olduğunu müəyyən edib. Həkimlər onu inandırmağa çalışıblar ki, bu, bədənin ölümdən sonra təbii reaksiyasıdır. Qızı inanmayaraq atasını ayrı xəstəxanaya aparıb.
Romero hazırda müalicə alır. Onun oğlunun sözlərinə görə, atası morqda olarkən işemiya xəstəliyinə tutulub.






























