Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, UFC prezidenti Dana Vayt Həbib Nurmaqomedov və Castin Getji arasında döyüşün keçiriləcəyinə əminliyini bildirib.

Onun sözlərinə görə, Nurmaqomedovun atasının vəfatından sonra onunla danışmayıb və bildirib ki, özünə tam gəlməsinə şərait yaradacaq.

Döyüşün pozulacağını düşünmürəm. Sadəcə Nurmaqomedovdan zəng gözləyirəm. Onu, özü danışmağa başlayana kimi, rahat buraxmaq istəyirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, iki idmançı arasında yüngül çəkidə çempion kəməri uğrunda döyüş planlaşdırılır.