
Beynəlxalq arenada iri dövlətlər arasındakı geosiyasi rəqabət kəskinləşir, nüvə dövlətlərinin toqquşması riskləri isə artır.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib.
“Münaqişələrinin artmasının və geosiyasi rəqabətinin şiddətlənməsinin fonunda dünyada iri dövlətlərin, o cümlədən də nüvə dövlətlərinin iştirakı ilə olan güc toqquşmalarının riski də yüksəlir“, – deyə o qeyd edib.
Şoyqunun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideloji və dəyər aqressiyası” başladıb və bu iki ölkəyə həm iqtisadi sanksiyalar vasitəsilə zərbə endirməyə çalışırlar, həm də onların daxilindəki siyasi vəziyyətin stabilliyini də pozmaq istəyir.
“(Rusiya və Belarusda) daxili vəziyyətin destabilizasiyası cəhdləri, ictimai təməllərin sarsıdılması, yad neoliberal ideologiyanın zorla qəbul etdirilməsi cəhdləri də bitmək bilmir“, – deyə o vurğulayıb.






























