2013-cü ildə Bakı Limanı vasitəsilə daşınan təkərli texnikaların (TIR) sayı 452 ədəd olduğu halda, 2024-cü ildə bu rəqəm 128,7 dəfə çox – 58 169 ədəd olub.

“Az.shafaqna.com” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

2018-ci ildə Ələt qəsəbəsində Bakı Limanının birinci fazasının açılışı edilib. Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanının birinci fazası çərçivəsində inşa edilən Ro-Ro terminalının illik yükaşırma gücü 1,8 milyon tondur və 2 tənzimlənə bilən körpüdən ibarətdir. Bu körpülər vasitəsi ilə ağırtonnajlı yük avtomobillərinin gəmilərə yüklənilib-boşaldılması prosesi təhlükəsiz və operativ formada icra edilir.

Əvvəlki məqaləGünün rəsmi valyuta məzənnəsi (24.01.25)
Növbəti məqalədəÖtən il Azərbaycanda məhkəmələrə 215 min 338 mülki iş daxil olub