
“İki ölkənin (İran və Rusiyanın) yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarında tərəflər Rəşt-Astara dəmir yolunun tikintisinə dair icra sazişinin 2025-ci ilin mart ayının sonunadək imzalanması vaxtı barədə razılığa gəliblər”.
Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
Xatırladaq ki, İran və Rusiyanın yüksək rütbəli nümayəndə heyətləri arasında iki ölkənin prezidentləri Məsud Pezeşkian və Vladimir Putinin iştirakı ilə 17 yanvar 2025-ci ildə keçirilən danışıqlarda bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir qeyd edib ki, yollar və şəhərsalma naziri xanım Fərzanə Sadiq bu görüşdə ətraflı hesabat təqdim etdi, tərəflər arasında danışıqlar yaxşı keçdi.
O, Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə dair müqavilənin 2023-cü ilin mayında mərhum prezident Seyid İbrahim Rəisinin prezidentliyi dövründə imzalandığını xatırladaraq deyib: “Bu planın icrasını sürətləndirmək üçün ötən həftələr ərzində İranın yollar və şəhərsalma naziri ilə Rusiyanın nəqliyyat naziri həftəlik olaraq onlayn görüşlər keçirirlər”.