
“Biz Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərə sadiq qalırıq”.
Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Münasibətlərdəki çətinliklərə baxmayaraq, biz Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcəyik”, – deyə o qeyd edib.
“biz bütün öhdəliklərimizi, o cümlədən müvafiq sənədi Avropa Komissiyasına təqdim etmək üzrə öhdəliklərimizdən birini yerinə yetiririk. Bu, iqtisadi islahatlar planıdır, üç ili əhatə edir – bu plan 2025-2026-2027-ci illər üçün tərtib edilib və söhbət makroiqtisadi və fiskal məsələlərdən gedir. Biz hər şeyə dair aydın baxışımızı Avropa Komissiyasına təqdim etmişik”, – deyə o əlavə edib.
“Biz, təbii ki, Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərə sadiq qalırıq”. – deyə Kobaxidze bildirib.