Avrasiyada bütün dünyada sabitliyi təmin edəcək yeni təhlükəsizlik arxitekturası formalaşır.

Az.shafaqna.com “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin müsahibəsində bildirib.

“Qərb bloku artıq yeganə güc mərkəzi deyil. Çin var, Hindistan var, Rusiyası, ərəb dövlətlərinin və digər qüvvələrin kifayət qədər güclü bloku var. Ümumiyyətlə, yeni təhlükəsizlik arxitekturası yaradılır. Bu arxitektura Avrasiya qitəsində və bütövlükdə dünyada sabitliyi təmin edə biləcək”, – Narışkin bildirib.

Narışkinin fikrincə, yeni dünya nizamının formalaşması prosesi həmişə mürəkkəb, uzun və müəyyən riskləri ehtiva edir.

“Amma həm dövlətimizin təhlükəsizliyini təmin etmək, həm də ölkəmizin gələcəyini təmin etmək mənafeyi naminə dişimizi qıcayaraq, seçilmiş yolla getmək lazımdır” Narışkin qeyd edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Avrasiyada kollektiv təhlükəsizliyin təminatlarını müzakirə etməyin və regiondankənar hərbi qüvvələrin mövcudluğunu məhdudlaşdırmağın vaxtı çatıb.

Əvvəlki məqaləFHN: Dünən 4 nəfər xilas edilib
Növbəti məqalədəKobaxidze Avropaya inteqrasiya ilə bağlı danışıb