Az.shafaqna.com xəbər verir ki, fərqli ölkələrdən və şəhərlərdən Kərbəla ziyarətinə gələn Bilgə Qadın Heyəti Nəcəfül Əşrəfdən sonra Kərbəlaya gəliblər.

Heyəti İraqda “Alulbeyt Türkiyə”nin rəhbəri alim Onurşan Rəhmani qarşılayıb və bu ziyarətlərdə rəhbərlik edib. Ümumi səfərdə heyətin bələdçisi “Alulbeyt Türkiyə”nin İğdır şöbəsinin sədri Dr. Əbəlfəz Koçadağ olub.

Onlar burada ziyarətgahla yanaşı, tarixi yerləri də ziyarət ediblər.

Qeyd edək ki, Bilgə Qadın Heyəti Türkiyədə bəzi icmaları ziyarət etdikdən sonra İraqa daxil olublar.

Bilgə Qadın Heyəti “Alulbeyt Türkiyə” Təşkilatının qadınlar icmasıdır.

 

Əvvəlki məqaləTəyyarə qəzasında yaralanan 4 nəfərin stasionar müalicəsi davam etdirilir
Növbəti məqalədəŞənbə gününün HAVA PROQNOZU