Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, Tbilisidə 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət indeksi 5,2 faiz, indeksin illik artımı isə 10,4 faiz təşkil edib.

Milli Statistika Xidmətiinin məlumatına görə, indeks 2020-ci ilin orta dəyərləri ilə müqayisədə 54,3 faiz artıb. Yaşayış əmlakının qiymət indeksinin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli evlər (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.

Agentliyin hesabatına görə, 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə qiymətlərdə həm yaşayış mənzilləri seqmentində 4,7 faiz, həm də fərdi yaşayış evləri seqmentində 6,7 faiz artım qeydə alınıb. 2023-cü ilin dördüncü rübü ilə müqayisədə qiymət artımı hər iki seqmentdə – mənzillər üzrə 9,8 faiz, fərdi yaşayış evləri üzrə isə 12,3 faiz müşahidə olunub.

Tbilisidə daşınmaz əmlakın qiyməti (Rayonlara əsasən)

Bölgə 1 m² Qiyməti (lari) 1 m² Qiyməti (AZN)
Mtatsminda 5987 3548
Vake 5451 3229
Saburtalo 4174 2474
Chugureti 3945 2341
Didube 3854 2285
Krtsanisi 3760 2228
Nadzaladevi 3739 2217
Isani 3569 2116
Gldani 3513 2083
Samgori 3291 1950

Bu cədvəldə, qiymətlər 1 lari-nin 0.5926 AZN-ə bərabər olmasına əsaslanaraq hesablama aparılmışdır.

Əvvəlki məqaləİran şahı Axund Xorasaninin bu 10 tövsiyəsini divara asdırmışdı
Növbəti məqalədəİran və Türkiyə XİN rəhbərləri regional məsələlərdən danışıblar