Azərbaycanda güc transformatorlarının istehsalında artım var

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ötən il Azərbaycanda 1132 ədəd güc transformatoru istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 328 ədəd və ya 40,8% çoxdur.

Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycanda 804 ədəd güc transformatoru istehsal edilmişdi.

Ümumilikdə, ötən il Azərbaycanda 251,9 milyon manat dəyərində elektrik avadanlıqları istehsal olunub ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə 36,5 milyon manat və ya 16,9% çoxdur.

Bu məqaləni paylaş