
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda elektrik enerjisində istehlak tarifinin artırılması mütləqdir.
Bu barədə “Energy-Pro Georgia”-nın baş direktoru Mixail Botsvadze danışıb.
Onun sözlərinə görə, 2018-ci il 1 yanvarda müəyyən edilmiş hazırkı tariff artıq uzun müddətdir elektrik enerjisinin alışı xərclərini qarşılamağa imkan vermir.
“Biz məsələnin həssaslığını və sosial faktoru başa düşürük, bundan da başqa, nəzərəçarpacaq dərəcədəki artım isə müxtəlif risklər zamanı problemli borcların artmasına gətirib çıxaracaq. Lakin, digər tərəfdən, əgər alınan elektrik enerjisi xərcləri və zəruri investisiya layihələri tam maliyyələşdirilməsə, şirkət sadəcə olaraq öz fəaliyyətini davam etdirə bilməyəcək, bu isə elektrik təchizatı məsələsini təhlükə altına alır və beləliklə də, ilk növbədə, istehlakçıların maraqlarına zərər vurur”, – deyə Botsvadze bildirib.
O qeyd edib ki, hazırda sıra Elektrik Enerijsinin Tənzimlənməsi Komissiyasınındır.
“İnanmaq istəyirik ki, tənzimləyici komissiyanın qərarı mürəkkəb vəziyyət (şəraitində) götür-qoy edilmiş və adekvat olacaq, başqa çıxış yolu sadəcə yoxdur, bütün resurslar tükənib”, – deyə o əlavə edib.
Baş direktoru b həmçinin deyib ki, tarifin artırılmas şirkətin tələbi kimi qəbul edilməməlidir.






























