Gürcüstanın sabiq baş naziri hücuma məruz qalıb

Az.shafaqna.com xəbər verir ki, “Gürcüstan naminə” partiyasının lideri, sabiq baş nazir Qiorqi Qaxariyə Batumidə hücuma məruz qalıb.

Bu məlumatı partiyanın mətbuat xidməti yerli mediaya təsdiqləyib, lakin hücumun detalları açıqlanmayıb.

Mövcud məlumata görə, Gürcüstanın sabiq baş naziri Qiorqi Qaxariya xəstəxanaya yerləşdirilib.

Hücumla bağlı partiyanın üzvü Natia Mezvrişvili sosial şəbəkələrdə açıqlama verib: “Hamınıza çatacağıq. Təsəvvür belə etmirsiniz, nə qədər böyük səhv etdiniz. Heç bir güzəşt olmayacaq, söz verirəm. 24 saat ərzində bütün hücum edənlər həbs olunmasa, sizin də arxanızca gələcəyik. İvanişvili, şəxsən səni ittiham kürsüsünə çıxaracağam,”

Bu məqaləni paylaş