Az.shafaqna.com-un verdiyi xəbərə görə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampla görüşə hazır olduğunu açıqlayıb.
Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Dmitri Peskov vurğulayıb ki, mövcud problemlər Putin-Tramp görüşü üçün heç bir şərt tələb olunmadan, dialoq yolu ilə həll edilməlidir.
O, görüşün təfərrüatlarının Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra müəyyən ediləcəyini bildirib.
O, həmçinin Cozef Bayden administrasiyasının Ukraynaya yeni təhlükəsizlik yardımı göstərmək qərarını tənqid edərək, ABŞ-ın hazırkı administrasiyasının müharibəni davam etdirməyə çalışdığını bildirib.