Gürcüstanın baş naziri İrakli Kobaxidze sosial şəbəkədə Çinin Gürcüstandakı səfiri ilə görüşdən yazır.

Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, Kobaxidzenin qeyd etdiyi kimi, səfirlə görüşdə müxtəlif məsələlər, o cümlədən iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub.

“Mən Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşdüm. Görüşdə Çində baş vermiş və çoxlu sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ ilə əlaqədar səfirə bir daha başsağlığı verdim və yaralananların tezliklə sağalmasını arzuladım. Söhbət zamanı Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq sazişinin təmin etdiyi sahələrdə əməkdaşlığa və ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasına toxunulub. Bildirilib ki, azad ticarət sazişi və vizasız gediş-gəliş, eləcə də insanlar arasında əlaqələr ikitərəfli münasibətlərin daha da inkişafı üçün yaxşı imkandır. Biz nəticəyönümlü əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduğumuzu təsdiq etdik”. – İrakli Kobaxidze yazır.

Əvvəlki məqaləİran tezliklə yeni yerli anti-ballistik sistem təqdim edəcək
Növbəti məqalədəAzad edilən torpaqlarda 3,4 min km uzunluğunda yollar inşa edilir