Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində iştirak etmək istəyən partiyaların qeydiyyatını davam etdirir.

Qeyd edək ki, seçkilər 31 oktyabrda keçiriləcək.

MSK sədri Tamar Jvaniyanın göstərişi ilə ötən gün daha 3 partiya qeydiyyatdan keçib: “Vahid Gürcüstan – demokratik hərəkat”, “Siyasi platforma – Yeni Gürcüstan” və “Azadlıq – Zviad Qamsaxurdiyanın yolu”.

Beləliklə, parlament seçkilərində iştirak üçün qeydiyyatdan keçən partiyaların sayı 14-ə çatıb.

Ərizə qəbulu 21 sentyabrda bitəcək. Bundan sonra əvvəlki seçkilərdə 15 min səs toplamamış partiyalar kağız və elektron halda 5 min tərəfdarının imzasını MSK-a təqdim etməlidir.

Partiyaların yekun siyahısı isə 2 oktyabrda bəlli olacaq. Həmin vaxt partiyalara bülletendə sıra nömrəsi veriləcək.

Parlamentə daxil ola bilmək üçün partiya seçicilərin azı 1%-nin səsi toplamalıdır.