“Vahid Milli Hərəkat”ın (VMH) 2003-2012-ci illərdə olan hakimiyyətinin və onun vəzifəlilərinin fəaliyyətinin araşdırılması ilə məşğul olacaq müvəqqəti istintaq komissiyası parlamentin yaz sessiyasının ilk həftəsində yaradılacaq.
Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bəya edib.
Xatırladaq ki, “Gürcü Arzusu” 2024-cü il 20 avqustda elan etmişdi ki, parlament seçkilərindəki qələbəsindən sonra VMH-nin hakimiyyəti dövründəki “çoxsaylı cinayətlərə” görə “kollektiv VMH-nin” qeyri-konstitusion elan edilməsi üçün hüquqi prosesə start verəcək.
Reqlamentə əsasən, parlamentin yaz sessiyası fevralın ilk çərşənbə axşamı başlayacaq.
Mdinaradzenin sözlərinə görə, hazırda Gürcüstan radikal müxalifət fəaliyyət göstərməkdədir və onlar 2003-2012-ci illərdə Gürcüstan dövləti və xalqına qarşı çoxlu cinayətlər törədib.
“2013-ci ildən və bu gündən həmin siyasi qüvvə Gürcüstan siyasətində dağıdıcı rol oynayır, Gürcüstanın milli maraqlarına qarşı açıq şəkildə mübarizə aparır və ölkədə sağlam siyasi sistemin bərqərar edilməsinə ciddi maneələr yaradır”, – deyə o əlavə edib.
O deyib ki, sözügedən siyasi qüvvənin xüsusiyyətinə əsaslanaraq, məlumdur ki, bu qüvvənin hakimiyyətə qayıtdığını fərz etsək, o, mütləq şəkildə yeni enerji və qərarlılıqla oxşar cinayətlərə imza atacaq.
“Üstəlik, o, 2003-2012-ci illərdəki avtoritar qanlı rejimi “demokratiyanın çırağı” adlandıran həmin qüvvələr tərəfindən “yaşıl işıq” alacaq”, – deyə o qeyd edib.
Mdinaradzenin sözlərinə görə, cəmiyyətin əhəmiyyətli bir hissəsi öz gənc yaşına görə “qanlı VMH rejiminin” törətdiyi cinayətlərin şahidi olmayıb, bir çox insan isə emosional səviyyədə həmin cinayətləri unudub.
O bildirib ki, avtoritar rejimin cinayətlərini daim cəmiyyətə xatırlatmaq lazımdır ki, gələcəkdən onların təkrarlanmasına yol verilməsin.
O, VMH-nin hakimiyyəti dövründəki sistematik cinayətləri xatırladıb: cəzaçəkmə müəssisələrində məhbuslara işgəncələrin verilməsi və işgəncə sistemləri; qətllər, zorakılıq və şəxsi həyata müdaxilə; korrupsiya və aktivlərin ələ keçirilməsi və pulun tələb edilməsi məqsədi ilə biznes sektoruna təzyiq; media vasitələrinin onların qanuni sahiblərinin əlindən alınması; 2008-ci il müharibəsini başlatmasını etiraf etməsi.
O əlavə edib ki, qeyd edilən sistemli cinayətlərin araşdırılması və rejimin dəyərləndirilməsi üçün sözügedən müvəqqəti istintaq komissiyası yaradılacaq və həmin komissiya 6 ay ərzində fəaliyyət göstərərək hesabat hazırlayacaq, bu sənəd isə sentyabrın ilk sessiya həftəsind Gürcüstan parlamentində gözdən keçirilərək təsdilənəcək.
Komissiyanın rəyində Konstitusiyanın cinayətkarlara qarşı nəzərdə tutduğu siyasi tədbirlər və hüquqi reaksiyay dair məsləhətlər olacaq.
Mdinaradze həmçinin deyib ki, parlamentin təsdiqləyəcəyi hesabat növbəti addımların atılması və canilərin cəzalarının təmin edilməsi üçün ölkə qanunvericiliyinə uyğun olaraq Gürcüstan prokurorluğuna və digər müvafiq orqanlara təhvil veriləcək.
Spekulyasiyaların istisna edilməsi üçün, Mdinaradzenin sözlərinə görə, hərbi komandirlər və əsgərlər 2008-ci il müharibəsi işinin araşdırılma obyekti olmayacaqlar.
“Müvəqqəti istintaq komissiyası rejimin vəzifəli şəxslərini, həmçinin rejimin törətdiyi cinayətlərdə əli ola biləcək və ya məlum cinayətlər barədə dəyərli məlumatları ola biləcək istənilən digər şəxsləri də çağırıb dindirəcək”, – deyə o vurğulayıb.
Sonda isə Mdinaradze bəyan edib ki, 2003-2012-ci illərdəki rejimin dəyərləndirilməsi ölkə qarşısında duran təhdidlərin aradan qaldırılması və Gürcüstanda sağlam siyasi sistemin formalaşdırılması üçün həlledici məna kəsb edir.