Yəhudi əsirlər yalnız qarşılıqlı əsir mübadiləsi yolu ilə geri qaytarılacaqlar.
Az.shafaqna.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan bildirib.
“Əsir mübadiləsi razılaşmasının müəyyən qaydaları var. Bu qaydalara əsasən, biz öz əsirlərimizi, İsrail də öz əsirlərini geri ala bilər. Lakin razılıq olmadan İsrailin öz əsirlərini sağ-salamat geri alması mümkün deyil“, – deyə o qeyd edib.
Əl-Həmdan deyb ki, İsrail baş naziri Binyamin Netanyahu yəhudi əsirlərin azad edilməsinə mane olur və onların həyatlarını təhlükəyə atır, HƏMAS İsrailin tələblərinə əhəmiyyət vermir, HƏMAS üçün İsrailin öz hücumlarını dayandırması və Qəzza sektorundan çıxmasıdır.
O bəyan edib ki, İsrailin yürütdüyü işğalçılıq siyasəti təkcə Fələstin xalqını yox, həm də bütün bölgədi təhdid edir.
“Biz işğala qarşı (mübarizədə) öz üzərimizə düşəni edirik. Qardaşlarımızdan da eyni qərarlılığını gözləyirik. Səhlənkarlıq təkcə Fələstinə deyil, səhlənkar olan cəmiyyətlərin özlərinə də zərər vurur“, – deyə o vurğulayıb.