Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trüdo Donald Trampın fikirlərini şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Trüdonu “ştat qubernatoru” adlandırıb.

Trüdo deyib ki, Kanada ilə ABŞ arasındakı münasibətlərin əsas məsələsi gömrük vergiləridir, ABŞ isə Kanada iqtisadiyyatına zərər vura bilər. Lakin o əlavə edib ki, Kanada məhsullarının çıxışını məhdudlaşdıran əlavə vergilərin tətbiqi sonda ABŞ-dakı istehlakçılara da ziyan vuracaq.

Kanadalılar kanadalı olmaqları ilə fəxr edrlər. Bizim kimliyimizi müəyyən etməyin ən sadə yollarından biri bizim amerikalı olmamağımızdır. ABŞ prezidentinin iqtisadiyyatımıza zərər yetirməyə yönəlmiş istənilən hərəkəti qaçılmaz şəkildə amerikalı istehlakçılara da təsir edəcək. Əminəm ki, biz birlikdə işləsək, daha çoxuna nail ola bilərik“, – deyə o qeyd edib.

Xatırladaq ki, Tramp daha öncə bildirib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır. O, həmçinin Qrenlandiyaya da ərazi iddiası edir.

Əvvəlki məqaləVelosipedçilərə şad xəbər: Veloyollar 100 km-ə çatdırılacaq!
Növbəti məqalədəHƏMAS: İsrail öz əsirlərini geri qaytarmaq istəyirsə…