Bəzi ərazilərdə dumana görə görünüş məhdudlaşıb – FAKTİKİ HAVA

.
0

Azərbaycanda yanvarın 10-u saat 10:00-a olan məlumata əsasən hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naxçıvan, Culfa, Naftalan, Şəmkir, Yevlax, Kürdəmir, Cəfərxan kəndində (Saatlı), Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, eləcə də Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Əvvəlki məqaləBakıda işə salınacaq tramvaylarla bağlı XƏBƏR VAR!
Növbəti məqalədəVelosipedçilərə şad xəbər: Veloyollar 100 km-ə çatdırılacaq!