Hakim “Gürcü Arzusu” partiyası dağılsa, avtomatik olaraq seçkilər təyin ediləcək.
Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Salome Zurabişvili bildirib.
O, həmçinin hökuməti təhdid də edib: əgər hakim partiya “ağıllanmasa və seçkilər təyin etməsə” onu qaçılmaz olaraq partiyanın dağılması kimi bir gələcək gözləyir.
“Ona görə də heç bir şübhə yoxdur ki, seçkilər təyin ediləcək”, – deyə Zurabişvili əlavə edib.
O, hələ də özünü prezident hesab etdiyini də deyib.
“Mən prezidentəm və prezident olaraq da qalacağam”, – deyə iddia edib.