Dəməşq Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Qətərin paytaxtı Dohadakı Hamad Beynəlxalq Hava Limanından qalxan sərnişin təyyarəsi Suriyadakı Dəməşq Beynəlxalq Hava Limanına eniş edib.

Bu, Suriyada yeni dövrdə Dəməşq Beynəlxalq Hava Limanına enən ilk beynəlxalq sərnişin təyyarəsi olub.

Bəşər Əsədin devrilməsindən sonra Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlamış və 18 dekabrda Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi yeni dövrdə Hələbə ilk yerli uçuşunu həyata keçirmişdi. Dəməşq Beynəlxalq Hava Limanı ötən gün səhər də beynəlxalq uçuşlara açılıb.

Xatırladaq ki, bu hava limanından ilk beynəlxalq uçuş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarika şəhərinə həyata keçirilmişdi.

Bu məqaləni paylaş