Az.shafaqna.com: İslamda evlilik, qarşılıqlı hörmət, sevgi və qarşılıqlı məsuliyyət prinsiplərinə əsaslanan birgə yaşayış, ailə qurulmasıdır. Evlilik, yalnız cəmiyyətin tələbi və ya şəxsi istək deyil, eyni zamanda Allahın təlimatlarına və Peyğəmbərimizin (s) tövsiyələrinə uyğun bir əməldir. İslamda evlilik, ailənin qurulması və cəmiyyətin inkişafı üçün çox önəmli hesab olunur. Quran və Hədislərdə evliliyə dəyər verilir və onu qarşılıqlı məmnuniyyət və dərin bağlarla qurulması lazım olduğu bildirilir. Evlənmək, həmçinin insanı harama qarşı qoruyan, onun həyatı boyunca əxlaqi və mənəvi dəyərləri qorumasına kömək edən bir addım kimi görülür. İslamda, evlilik, təkcə şəxsi əlaqə deyil, həm də ailəvi məsuliyyət, qarşılıqlı dəstək və Allahın razılığını qazanmaq yolunda bir vasitədir.

Çoxlarımızı bir sual düşündürə bilər;  Evlilik üçün ən ideal yaş hansıdır?

Bu sualın cavabını böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistani gözəl şəildə, qısa – bir cümlə ilə verib.

Ona ünvanlanan “Evlilik üçün ən ideal yaş hansıdır?” sualına o belə cavab verir: “Həyatı ən yaxşı idarə edə biləcək yaşdır.”.

Beləliklə erkən evlənmək nə qədər təşviq edilsə də, “həyatı ən yaxşı idarə edə biləcək yaş”a çatmayan tələsməməlidir. Yəni bunun üçün çalışmalı və “həyatı idarə edə biləcək” vəziyyətə gəldikdən sonra evlənməsi daha məsləhətlidir.

Əvvəlki məqaləGürcüstandan mitinqlərə görə qovulan xaricilərin sayı açıqlandı
Növbəti məqalədəYəmən İsrailin ən böyük elektrik stansiyasını vurdu ▶️ ⓘ